Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
23
avq
2026
13:55
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə "Yangi Uzbekiston" ("Yeni Özbəkistan") kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.
Oxşar xəbərlər
Avrasiyada güc balansı DƏYİŞİR: Bakı və Daşkənd yeni mərhələdə
"44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər və suverenliyin tam bərpa edilməsi nəticəsində Azərbaycan Prezidentinin yaratdığı yeni geosiyasi reallıq...