Şafak Sezerin son halı sevənlərini kədərləndirdi
Məşhur aktyor Şafak Sezerin son halı görənləri kədərləndirib.
BAKU.WS xəbər verir ki, buna səbəb onun həddən artıq çəki itirməsidir.
"Kolpaçino", "G.O.R.A." və "Vizontele" kimi ekran işləri ilə sevilən 53 yaşlı aktyor son dərəcədə arıqlayıb.
Onun bu görünüşü sosial şəbəkələrdə sürətlə yayılaraq izləyicilər arasında həm maraq, həm də ciddi narahatlıq doğurub.
Xatırladaq ki, məşhur aktyor bir neçə gün əvvəl "Ketenpere: Dalavere" filminin təqdimat mərasimində də verdiyi çəkilərlə diqqət mərkəzində olub.
Haqqında çıxan şayiələrə "8 günə 8 kiloqram arıqladı" cavabını verən aktyorun son halı hamını xeyli düşünməyə vadar edib.
Oxşar xəbərlər
Müğənni göz yaşları içində qızını son mənzilə yola saldı
Müğənni Atilla Taşın qızı dəfn edilib. BAKU.WS xəbər verir ki, Mersində binanın 14-cü mərtəbəsindən düşərək həyatını itirən 34 yaşlı qızı Sezen Taş son mənzilə...