Sabah Bakıda 38, rayonlarda 40 dərəcə isti olacaq

Sabah Bakıda 38, rayonlarda 40 dərəcə isti olacaq
Sosial 22

Avqustun 24-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddəlti az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-38°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər