VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərən “Ulduz”, “Xəzri”, “Beer House”, “Alar” və digər bir kafedə, “Əli Tekstil” adlı tikiş sexində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

Karantin qaydalarının pozulduğu həmin obyektlərin fəaliyyəti ilə bağlı 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

BAKU.WS