"Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq" - AÇIQLAMA

"Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq".
BAKU.WS xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir:
"Rusiyada qalan vətəndaşların Azərbaycana gətirilməsi ilə bağlı hər iki ölkə tərəfindən işlər aparılır. Vətəndaşların Türkiyə və Rusiyadan Azərbaycana gətirilməsi texniki imkanlarla bağlıdır. Karantin zonalarında yerlər boşaldıqca, xaricdən vətəndaşlar gətirilərək karantinə yerləşdiriləcək".
Oxşar xəbərlər
Operativ Qərargah karantin rejiminin uzadılıb-uzadılmayacağı ilə bağlı qərarını açıqladı - VİDEO
"Operativ Qərargahın ümumi rəy bundan ibarətdir ki, yaranmış situasiya Azərbaycanda karantin rejiminin sərtləşdirilməsinə əsas vermir". BAKU.WS xəbər verir ki,...
