Azərbaycanda baş redaktorun anası koronavirusdan vəfat etdi

Azərbaycanda baş redaktorun anası koronavirusdan vəfat etdi
Sosial 666

"Supersport.az" saytının baş redaktoru Anar Cəfərsoyun koronavirus infeksiyasına yoluxan anası Zöhrə Cəfərsoy dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə ailəyə yaxın olan Araz Aslanlı öz “Facebook” səhifəsində paylaşım edib.

“Əziz dostumuz, dəyərli ziyalımız Nazim Cəfərsoyun, Anar Cəfərsoyun və Ramil Cəfərsoyun anası Zöhrə xala vəfat edib. Allah rəhmət eləsin. Məkanı cənnət olsun! Hamımızın başı sağ olsun. Allah övladlarına can sağlığı versin!”,- deyə qeyd olunub.

Qeyd edək ki, Anar Cəfərsoy da koronavirus infeksiyasından əziyyət çəkir və hazırda xəstəxanada müalicə alır.

Son xəbərlər