VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Gündəlik təqdim edilən rəqəmlərin içərisində Naxçıvan Muxtar Respublikasının göstəriciləri də olur”.

BAKU.WS xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu günə qədər orada 104 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 nəfərin müalicəsi hazırda davam edir.

TƏBİB sədri əlavə edib ki, bu günə qədər qeydə alınan xəstələr arasında hamilə qadınlar da olub:

“Onların arasında bir sıra riskli hamiləliyi olan qadınlar da var idi. Onlardan da ağırlaşma olan xəstə olmayıb”.

BAKU.WS