SİZİN REKLAM BURADA!
055 213 76 73


Nazirlər kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkədə xüsusi karantin rejimi tətbiq olunur. Dünəndən etibarən isə karantin rejiminin tələbinə əsasən şəxsi avtomobillərdən istifadəyə də qadağalar qoyulub. Prosesə isə xüsusi nəzarət həyata keçirilir.

BAKU.WS ATV-yə istinadla xəbər verir ki, xüsusi karantin rejiminə riayət edilməsi üçün paytaxtın müxtəlif ərazilərində xüsusi postlar qurulub.

Həmin postlarda Operativ Qərargahın qərarına əsasən şəhər istiqamətində hərəkət etməsinə icazə verilən nəqliyyat vasitələri, eləcə də insanların buraxılmasına icazə verilir. Digər şəxslər və nəqliyyat vasitələri isə postlardan geri qaytarılır.

Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru Müşfiq Babaşov deyir ki, Nazirlər kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən ərzaq daşıyan avtomobillər, Təcili yardım, Fövqəladə Hallar Nazirliyinin avtomobilləri, polis maşınları, eləcə də digər operativ nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yoxdur.

Eyni zamanda, Qərargahın müəyyənləşdirdiyi iş sahələrində çalışan insanlar da vəsiqələrini göstərməklə postlardan asanlıqla keçə bilir. Hansı avtomobillərin postlardan geri qaytarılmasına gəlincə...

Postlardan avtobus və taksilərin keçməsinə hər hansı mane olmasa da, karantin rejimin qaydalarına riayət edilməsi tələb edilir.

Polis qaydalara riayət etməyənlərə qarşı inzibati tədbirlərin də görüləcəyini açıqladı.

Qaydaları pozan fiziki şəxslər inzibati xətalar məcəlləsinə görə 100 manat məbləğində cərimə edilir.

BAKU.WS
VİDEO