Regionlardan Bakıya gələn minlərlə avtomobil geri qaytarılır - VİDEO

Regionlardan Bakıya gələn minlərlə avtomobil geri qaytarılır - VİDEO
Video
Sosial 2865

Ötən gün gecə saat 00.00-dan etibarən xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici və yük daşıyan avtomobilləri istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi məhdudlaşdırılıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan nəqliyyat vasitələri sərnişinlərlə birgə geri qaytarılır.

Bir neçə gün bundan öncə sosial şəbəkələr və KİV-lə məlumat verilməsinə baxmayaraq, istər sürücülər, istərsə də sərnişinlər bundan şikayətçidirlər.

Gecə saatlarından başlayaraq postlarda sıxlıq hiss olunur.

Əlavə olaraq Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin ölkənin digər şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə həmçinin Abşeron rayonuna sərnişin daşımaları qadağan edilib.

Buna məhəl qoymayan sürücülər xüsusi postlarda saxlanılaraq geri qaytarılır.

Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərara əsasən, yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.

DYP əməkdaşı Qalib Bayramov bildirir ki, əmrə tabe olmayan sürücülər olmasa da, xeyli sayda narazılıq edənlər olur.

"Onları da məlumatlandırırıq və bildiririk ki, bu, onlar üçündür. Bakı şəhərində camaatın kütləvi yığışmasının qarşısını almaq üçün biz də çalışırıq ki, öz vəzifə borcumuzu yerinə yetirək", - deyə Qalib Bayramov qeyd edib.

Koronavirus epidemiyasının yayılma riskinin minimuma endirilməsi məqsədilə həyata keçirilən məhdudlaşma, martın 29-dək nəzərdə tutulur.

Qeyd edək ki, xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.

Oxşar xəbərlər

Son xəbərlər