SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son bir ayda (31.12.2023-31.01.2024) koronavirus (COVID-19) əleyhinə 281 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, ay ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, üç və daha çox doza vaksin vurduranların sayı 183, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 29 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 970 733, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 680, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 398, üç və daha çox doza vaksin vurduranların sayı 3 406 119 pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 536 təşkil edir.

BAKU.WS
QALEREYA