SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu gün koronavirusla bağlı məhdudlaşdırılmanın tətbiq edilməsi üçün hər hansı səbəb yoxdur".

BAKU.WS xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

O bildirib ki, gündəlik yoluxma sayının 2000 civarında olması epidemioloji vəziyyətin nəzarət altında olmasının göstəricisidir:

“Vaksinasiyanın sürətləndirilməsi və yayadək əhalinin 50-60 faizinin peyvəndlənməsi virusla mübarizəmizin əsas mərhələsini keçməyimizi şərtləndirən vacib məqamlardan biridir. Bundan sonra sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq məhdudiyyətlərin ləğv edilməsi istiqamətində müəyyən addımlar atıla bilər”.

Millət vəkili onu da qeyd edib ki, həftəsonları avtobuslarla bağlı tətbiq edilən məhdudiyyətlər yoluxmanın azalmasına xidmət edir.

BAKU.WS
VİDEO