SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş rayon sakini M.Əliyevin karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Onunla profilaktik mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Tərtər RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

BAKU.WS