VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabahdan başlayaraq ölkədə sərt karantin rejiminə nəzarəti gücləndirmək üçün polis gücləndirilmiş iş rejiminə keçir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib.

“Artıq cənab nazirin əmri ilə sabahdan etibarən polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimi xidmətinə keçir.

Sərt karantin rejiminə ciddi şəkildə nəzarət olunacaq. Sabahdan küçələrdə, yollarda, eləcə də avtobus dayanacaqlarında tibbi maskalardan mütləq istifadə edilməlidir”, - deyə qurum rəsmisi bildirib.

Ehsan Zahidov xüsusi olaraq onu da bildirib ki, ofislərdə və şəxsi avtomobillərdə də maskadan istifadə etmək mütləqdir.

“Bütün açıq və qapalı yerlərdə, ictimai ərazilərdə tibbi maska taxılmalıdır. Eyni zamanda sürücü şəxsi avtomobilində olarkən də mütləq şəkildə tibbi maska taxmalıdır. Ofislərdə də maska taxmaq mütləqdir. Məsələn, mən indi ofisdə tək oturmuşam, ağzımda maska var”.

Polis polkovniki onu da vurğulayıb ki, vətəndaşlar maskaları düzgün şəkildə taxmalıdırlar:

“Maskanı düzgün taxmayanlar da cərimələnəcək. Yalandan çənə altına, ağıza yox, burun və ağız hissə maska ilə örtülməlidir”.

Ziya SƏCCAD
BAKU.WS