Azərbaycanda daha 122 nəfər koronavirusa yoluxub - Ölən olmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bu gün COVID-dən ölüm qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 42104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 091 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3551, ötən müddət ərzində isə ümumilikdə 1 180 271 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada 89 nəfər COVID-19-a yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlə...