Azərbaycan güləşçiləri Minskdə 8 medal medal qazanıb
Azərbaycan güləşçiləri Belarusun paytaxtı Minskdə keçirilən sərbəst güləş üzrə Aleksandr Medvedin xatirə turnirində 8 medal qazanıb.
Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, komanda ənənəvi yarışda baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında mübarizə aparıb.
Oxşar xəbərlər
Usiklə Tayson Fyuri arasında revanş döyüşü keçirilib
Dekabrın 21-də Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda böyük boks gecəsi keçirilib. BAKU.WS xəbər verir ki, gecənin əsas hadisəsi superağırçəkili boksçular uk...