Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb
21
dek
2024
23:23
Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb.
"Report"un Cənub bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.
Səxavət Rzayevə məxsus ikimərtəbəli yaşayış evində baş verən yanğınla bağlı FHN Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.
Dərhal hadisə yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.
Ümumi sahəsi 360 kvadratmetr sahəsi olan yaşayış evinin dam örtüyü və ikinci mərtəbədə bir otaq yanıb. Alovun qarşısı alınıb, binanın qalan sahəsi yanğından mühafizə olunub.
Yanğının səbəbi araşdırılır.
Oxşar xəbərlər
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları...