Premyer Liqanın XVIII turunda "Zirə" "Səbail"i məğlub edib
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XVIII turunda "Zirə" komandası səfərdə "Səbail"i məğlub edib.
"Report" xəbər verir ki, "ASCO Arena"da baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Zirə"nin heyətində 77-ci dəqiqədə Giorgi Papunaşvili fərqlənib.
Hazırda Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir cədvəlində 30 xalla dördüncüdür. Sonuncu - onuncu olan "Səbail"in isə 9 xalı var.
Qeyd edək ki, XVIII turun bu gün baş tutan "Turan Tovuz" - "Neftçi" matçı heç-heçə nəticələnib - 1:1. Ötən gün keçirilən "Kəpəz" - "Sumqayıt" görüşündə isə qol vurulmayıb. XVIII tura sabah "Şamaxı" - "Sabah" və "Qarabağ" - "Araz-Naxçıvan" oyunları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...