PSJ Ukrayna millisinin müdafiəçisini alır
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın PSJ klubu İngiltərənin "Bornmut"unun və Ukrayna millisinin mərkəz müdafiəçisi İlya Zabarnı ilə maraqlanır.
BAKU.WS xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Zabarnının kluba gəlişini rusiyalı qapıçı Matvey Safonovun parislilərdə oynaması çətinləşdirə bilər. Onların birgə oyunu ilə bağlı hələ ki futbolçuların şəxsi mövqeyi bəlli deyil.
Qeyd edək ki, 22 yaşlı İlya Zabarnı "Bornmut"un heyətinə 2023-cü ilin əvvəlində qoşulub. Bu mövsüm o, İngiltərə klubunun heyətində bütün yarışlarda 16 oyun keçirib, heç bir qol vurmayıb. Onun "Bornmut"la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir. Tanınmış Transfermarkt internet portalına görə, Zabarnının təxmini dəyəri 38 milyon avrodur.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...