Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda avtobus zolağı ləğv edilib
Bakıda Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsində avtobus zolağı ləğv olunub.
Bu barədə yoldan istifadə edən sürücülərdən biri BAKU.WS-in "qaynar xətti"nə müraciət edib.
Hazırda əksər sürücülər zolağın ləğv edildiyindən xəbərsiz olduqları üçün sağ zolağı boş saxlayaraq yalnız sol zolaqlardan istifadə edirlər. Bu, yolun hərəkət qabiliyyətinə mənfi təsir edir və müəyyən yerlərdə sıxlığa səbəb olur.
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Tural Orucov BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, Azadlıq prospektində Məmməd Araz küçəi ilə kəsişməyədək avtobus zolaqlarının 200 metrlik hissə ləğv edilib. Həmin ərazidə 2 zolaq sola və 2 zolaq düzünə hərəkət təşkil olunub.
Yoldan görüntüləri təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Naxçıvanda bir sıra qeyri-yaşayış sahələri satışa çıxarılır - QİYMƏTLƏR
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs tərəfindən Naxçıvan Muxtar Respub...