Naxçıvanda bir sıra qeyri-yaşayış sahələri satışa çıxarılır - QİYMƏTLƏR

Naxçıvanda bir sıra qeyri-yaşayış sahələri satışa çıxarılır - QİYMƏTLƏR
Sosial 156

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs tərəfindən Naxçıvan Muxtar Respublikasında bir neçə qeyri-yaşayış sahələri hərrac yolu ilə satışa çıxarılır.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, qeyri-yaşayış sahələrinin hərracı dekabrın 16-da keçiriləcək.

Hərraca çıxarılacaq 9 qeyri-yaşayış sahəsinin satış qiyməti 1950 manatdan 12572 manatadək dəyişir.

Qeyd olunub ki, hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim etmiş və özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər buraxılırlar.

Bildirilib ki, sifarişlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, 8-ci küçə,1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Hərraca çıxarılacaq qeyri-yaşayış sahələri barədə məlumatı təqdim edirik:

Naxçıvanda bir sıra qeyri-yaşayış sahələri satışa çıxarılır - QİYMƏTLƏR

Oxşar xəbərlər

Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində

Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində

Azərbaycanın bir sıra bölgələrində olduğu kimi, Qərb bölgəsində də geniş yayılan dabaq xəstəliyi sakinləri narahat etməyə başlayıb. Ağstafadan olan fermerlər bi...

352 Sosial 22:30 19 oktyabr 2025

Son xəbərlər