15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR

15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR
Hadisə 443

Şirvan şəhərində ictimai yerdə dava-dalaş salmış qadınlar həbs ediliblər.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şirvan Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1962-ci il təvəllüdlü Solmaz Məmmədova və qızı 1986-cı il təvəllüdlü Zərifə Məmmədova (şərti ad-soyadlar) xuliqanlıq əməlində təqsirli biliniblər.

S.Məmmədovaya 2 il, qızına isə 2 il 6 ay həbs cəzası verilib. Onlar məhkəmə zalında həbs ediliblər.

Bildirilib ki, Z.Məmmədova bir müddət əvvəl 15 yaşlı qızı Şəbnəmin (şərti) Cavid adlı şəxslə intim münasibətdə olmasını öyrənib. Onlar məsələ ilə bağlı polisə müraciət ediblər və araşdırmalara başlanılıb, həmçinin Cavid adlı şəxs tutulub.

Zərifə və anası yeniyetmə qızı evdə sorğu-sual edərkən Şəbnəm Ləman və Fəridə adlı qızların onu əxlaqsızlığa cəlb etdiklərini deyib. Bundan sonra tərəflər arasındakı münasibətlər kəskinləşib. Zərifə anası ilə birgə qızının rəfiqələrinə Şəbnəmlə əlaqə saxlamalarını qadağan edib.

Hadisə baş verən gün isə Z.Məmmədova və anası Solmaz Ləmanın polis şöbəsindən çıxdığını görüblər. Onlar əsəbi halda Ləmana hücum edərək döyüblər, saçını yolublar.

Bundan sonra ana və qızı barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Oxşar xəbərlər

Bakıda restoranda hesaba görə dava düşdü

Bakıda restoranda hesaba görə dava düşdü

Restoranda ad günü məclisi dava ilə bitib. Hadisə paytaxtın Nizami rayonundakı restoranlardan birində baş verib. İddialara görə, 35 yaşlı Zəngilan rayon sakini...

138 Hadisə 22:58 23 yanvar 2026

Son xəbərlər