Müharibə veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycanda əhalini sevindirəcək böyük sosial islahat paketi həyata keçiriləcək. Bu paketə bir sıra müavinətlərin artırılması da daxildir.
BAKU.WS-in məlumatına görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasındə danışılıb.
İclasda çıxış edən deputat Əli Məsimli bildirib ki, müharibə veteranlarına verilən 80 manat müavinət artırılmalıdır: "Bu xeyli dərəcədə böyük gözlənti yaradıb. Hesab edirəm ki, bu istiqamətdə addımın atılması böyük məmnunluq yaradacaq".
Qeyd edək ki, 2022-ci ilin yanvarın 1-dən etibarən, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi, habelə "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin edilməsi və ödənilməsi şamil edilir. Bu məbləğ hazırda 80 manat təşkil edir.
Orxan Hüseyn
Oxşar xəbərlər
Dekabr ayı üçün Qarabağa avtobus reyslərinin biletləri satışa çıxarılır
Noyabrın 25-də saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş əra...