Sabah 20° isti olacaq - Proqnoz

Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var.
Milli Hidrometrologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
Oxşar xəbərlər
Aramsız yağan yağış Azərbaycanda gilasın məhsuldarlığını azaltdı
Əvəvlcə havaların soyuması sonra isə intensiv yağışların yağması məhsuldarlığa təsir edib. BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, İmişli rayonunda gi...
