Bıçağı qohumu olan qızın boğazına dirəyib qaçırmaq istəyən şəxsə AĞIR CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində adam oğurluğuna cəhddə təqsirləndirilən Ramil İmanlının (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 14 oktyabr 2023-cü il tarixində saat 12:30-da Ağdaş rayonunda yerləşən kəndlərin birində qeydə alınıb.
Belə ki, Ramil İmanlı qohumu, zərərçəkmiş İnarə Səmədovanın (şərti) yaşadığı ünvanın həyətinə gəlib, qadına fiziki güc tətbiq edib. O, zərərçəkmişin boynundan yapışdıqdan sonra bıçağı onun boğazına dirəyib küçəyə çıxarıb. Ramil qızı yolun kənarında saxladığı özünə məxsus VAZ-21099 markalı avtomobilə doğru sürüyüb. Bu zaman İnarə qışqırıb səs-küy salıb kömək çağırmaqla israrlı müqavimət göstərib. Zərərçəkmişin səsinə gələn şəxslər onu Ramilin əlindən alıblar.
Hadisədən sonra Ramil İmanlı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Abşeronda motosiklet piyadanı vurdu, sürücü hadisə yerində öldü
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Motosiklet sürücüsü yolu keçmək istəyən piyadanı vurub. BAKU.WS "Xəzər Xəbər"ə istinadla xəbər...