Neftin qiyməti kəskin BAHALAŞDI
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74 dollar həddini keçib.
BAKU.WS xəbər verir ki, bu barədə "London ICE" birjasının ticarət məlumatları göstərib.
Noyabrın 11-dən bəri ilk dəfədir ki, qiymət bu səviyyədən yuxarıdır.
Məlumata görə, yanvar ayında çatdırılma üzrə "Brent" markalı neft fyuçerslərinin qiyməti 74,04 dollar (+1,74%) təşkil edib. Günün maksimum qiyməti isə 74,08 dollar olub.
Eyni zamanda, yanvar çatdırılmalı "WTI" markalı neft üzrə müqavilələr 70 dollar (+1,83%) səviyyəsində ticarət olunub. Bir anlıq fyuçers qiyməti 70,08 dollara qədər yüksəlib.
Oxşar xəbərlər
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min bare...