Bakıda bir sıra küçələrdə yeni yol nişanları quraşdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yeni yol nişanları quraşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, AYNA paytaxtın müxtəlif ərazilərində:
- Afiyəddin Cəlilov küçəsində 26, Azadlıq prospektində 39, Mətbuat prospektində 44 ədəd;
- Abay Kunanbayov küçəsində iki ədəd ("5.16.1-5.16.2") piyada keçidi yol nişanı;
- Alim Şəbiyev küçəsində iki ədəd "1.21 uşaqlar" və iki ədəd "5.16.1-5.16.2" piyada keçidi yol nişanı;
- Balaxanı yolu, Mikayıl Useynov, Nabatxanım Aşurbəyova, Mirzəağa Əliyev və Mirəli Seyidov küçələrində yeddi ədəd "dayanma və durma qadağandır" yol nişanı quraşdırılıb.
Qeyd olunub ki, bütün bu yeniliklər hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmağı hədəfləyir.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...