Məşhur porno aktrisa sektora gəlməyindən danışıb - Ərimlə çoxlu borcumuz var idi

Məşhur porno aktrisa sektora gəlməyindən danışıb - Ərimlə çoxlu borcumuz var idi
Foto
Dünya 1267

"Lüks qız" adı ilə tanınan keçmiş rus porno ulduzu Polina Marçenko həyat yoldaşı ilə seks sektoruna pul çatışmazlığı ucbatından girdiyini deyib.

BAKU.WS xəbər verir ki, o, bu barədə bloqqer Nataşa Həsənxanovanın podkastında bildirib.

Podkast qonağı qeyd edib ki, o, analıq məzuniyyətinə çıxandan sonra ailələri maddi çətinliklərlə üzləşməyə başlayıb:

"Biz bu maliyyə problemindən qurtulmağa çalışırdıq, bağlanmalı olan çoxlu borclar, çoxlu kreditlər var idi".

Onun sözlərinə görə, cütlüyün borcları 10-15 milyon rubldan çox olub. Keçmiş porno aktrisa əlavə edib ki, əri ilə müxtəlif yollarla, o cümlədən bizneslə məşğul olub pul qazanmağa çalışıblar, lakin sonda böyüklər üçün filmlərdə rol almağa qərar veriblər. Bundan əlavə, o, seks sənayesindəki karyeranın münasibətlərinə yenilik gətirdiyini də bildirib.

Qeyd edək ki, Polina Marçenko rus porno aktrisası, blogger və rejissordur. O, əri ilə böyüklər üçün videolarda rol alıb. Hazırda o, porno sənayesində karyerasını başa vurub.

Son xəbərlər