Seysmoloji Xidmət: Xəzərdə qeydə alınan zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur
Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrimizdən biridir və seysmik bölgələrdə təkanların olması mümkün haldır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
"Xəzər dənizində son iki gündə baş verən ( ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir və zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur", - V.Rafiqqızı deyib.
Onun sözlərinə görə, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar ictimaiyyətə beynəlxalq seysmoloji təşkilatlarla razılaşma protokoluna uyğun təqdim edilir.
Oxşar xəbərlər
MSK sədri: Səsverməni 80 minə yaxın müşahidəçi izləyəcək
Səsvermə günü seçki məntəqələrində prosesi müşahidə etmək hüququ olan şəxslərin sayı 80 minə yaxındır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Mərkəzi S...