Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Ermənistanın 1990-cı illərin əvvəllərində təcavüzü və ondan sonra otuz ilə yaxın müddətdə ölkəmizin ərazilərinin işğalı zamanı törətdiyi kütləvi vəhşiliklərin, digər cinayətlərin araşdırılması və mühakimə olunması üçün konkret addımlar atıb".
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayevin BMT Baş Assambleyasının "silahlı münaqişə şəraitində insan ləyaqətinin qorunması: beynəlxalq humanitar hüquq normalarına riayət olunmasına yardım" mövzusunda bugünkü qeyri-rəsmi interaktiv dialoqda çıxışında yer alıb.
Tofiq Musayev qeyd edib ki, ciddi qanun pozuntularının inkarı və məhəl qoyulmaması, mətbuatda, parlamentlərdə, beynəlxalq təşkilatlarda dezinformasiya və qarayaxma kampaniyaları vasitəsilə ədaləti gözdən salmaq və bununla da ədalətə mane olmaq cəhdləri beynəlxalq hüquqa və qanunun aliliyinə açıq hörmətsizlikdir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...