Bakıda sakinlərlə tikinti şirkəti arasında PROBLEM - Kirayə pulları ödənilmir
Yaşadıqları ünvanın pilot layihə olduğu və onlara yeni tikilən binalardan mənzillər veriləcəyi deyilsə də 7 ildir ki, nə mənzillər verilir, nə də tikilən binada iş gedir.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Ceyhun Hacıbəyli küçəsi 2 və 4 ünvanından gedir. Sakinlər bildirir ki, evləri pilot layihə çərçivəsində plana düşüb. Onlara elə eyni ünvanda yeni mənzillə təmin ediləcəyi deyilib, müqavilələr imzalanıb.
Sakinlərin sözlərinə görə, onlarla müqavilə bağlayan "N-turan" şirkəti olsa da sözügedən şirkət daha sonra "Olimpus MTK" ilə ortaq olur.
Məsələ ilə bağlı sözügedən şirkətdən bildirdilər ki, şikayətçilərin kirayə haqqlarının ödənməsində heç bir problem yoxdur. Digər şikayətlər isə araşdırılacaq.
Oxşar xəbərlər
Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı
Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qarın yağması ötən gecə də davam edib. Ən çox qar Qubanın Xınalıq və Qırız kəndlərində müşahidə olunub. BAKU.WS AZ...