Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 766 min 400 dollar dəyərində 70 kiloqram baytarlıq vaksini ixrac olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər istinadən xəbər verir ki, bu məhsullar iki ölkəyə - Belarus və Moldovaya satılıb.
Belarusa göndərilən 30 kiloqram vaksinin ümumi dəyəri 663 min 300 dollar təşkil edib. Beləliklə, bu ölkə baytarlıq vaksinləri ixracının dəyərində 86.5 faiz paya malik olub.
Moldovaya isə 103 min 100 dollar dəyərində 40 kiloqram vaksin göndərilib. Bu ölkə ixracın həcminə görə Belarusu üstələsə də, məhsulların ümumi dəyəri daha aşağıdır.
Eyni dövrdə Azərbaycana 110.07 ton baytarlıq vaksini idxal edilib. İdxal olunan məhsulların ümumi dəyəri 18 milyon 351 min 770 dollar təşkil edib.
Oxşar xəbərlər
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq edən şirkət direktorun məhkəməsi başlayır
Nizami rayonunda "Vesta Construction" MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sökülmüş mənzillərin əvəzində sakinlərə yeni tikilidə mənzillərin uzun...