Ronaldo sevgilisini ad günü münasibətilə belə təbrik etdi - Həyat yoldaşım…
"Əl-Nassr"ın klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqeslə birgə fotosunu yayıb və onu ad günü münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
"Ana, ortaq, dostum, həyat yoldaşım... Ad günün mübarək, sevgilim. İşığın bizi işıqlandırır və sevgin bizə enerji verir", - deyə Ronaldo fotonun altına ürək emojisini əlavə edərək yazıb.
Xatırladaq ki, Pro Liqanın 17-ci turunun "Əl-Fateh"lə matçında Ronaldo karyerasında 920-ci qolunu vurmuşdu. Portuqaliyalı tarixdə rəsmi oyunlarda 920 qol vuran ilk futbolçu olub. Ronaldo "Sportinq"də 5, "Mançester Yunayted"də 145, "Real"da 450, "Yuventus"da 101, "Əl-Nəsr"də 85, millisində isə 134 qol vurub. Hücumçu futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının bombardiridir.
Oxşar xəbərlər
Beynəlxalq yarışda uğur qazanan qadın karateçi: "Ancaq oğlanlar barədə danışılmamalıdır"
Karateçi Mədinə Sadıqova Baku TV-yə müsahibəsində cəmiyyətdə qadın idmançılara münasibət və qazandığı uğurlar barədə danışıb. Onun sözlərinə görə, tez-tez "kara...