Azərbaycanda bu qadağa aradan qaldırıldı - Bu gündən xüsusi icazə ilə...
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən Azərbaycanda ov mövsümü açıq elan edilib.
Bu barədə BAKU.WS-ə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.
O qeyd edib ki, Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və bu gündən Azərbaycan ərazisində ov mövsümünün açıq elan edilməsi barədə qərar verilib.
A.Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin "Elanlar" bölməsindən ( https://eco.gov.az/az/nazirlik/elan?newsID=26029) əldə edə bilərlər.
Həmçinin tövsiyə edilib ki, ov zamanı qaydaların mövcud normativlərinə əməl edilməli və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüffatlarının sahələrindən istifadə edilməlidir.
Oxşar xəbərlər
Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı
Bir müddət öncə səhhətində problem yaranan Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevlə bağlı yeni xəbər var. BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, o,...