Xərçəng xəstəsi rəqqasə vəziyyəti ağır olduğundan ziyarətçi qəbul edə bilmir
Xərçəng xəstəsi olan rəqqasə Tanyelinin yeni görüntüləri sevənlərini kədərləndirib.
BAKU.WS xəbər verir ki, o üzünə oksigen maskası taxdığı kadrları sosial şəbəkədə yayaraq artıq ziyarətçi qəbul edə bilmədiyini açıqlayıb.
Rəqqasə kiminsə yanına gəlməyini birmənalı şəkildə qadağan edib:
"Qadağandır! Gələn dəfə qapıdan girsəniz, sizi pəncərdən qovsam gəlməyin! "Fatihə" surəsini oxumaq istəyirsənsə, oturduğunuz yerdən oxuyun!".
Xatırladaq ki, bir müddət əvvəl Haluk Levent və Hakan Altunun onun xəstəxana xərclərini qarşıladığını bildirmişdi.
Tanyeli artıq bir ildən çoxdur ki, pankreas xərçəngi (Mədəaltı vəzi xərçəngi) ilə mübarizə aparır.
Oxşar xəbərlər
Əsəbləri sakitləşdirən qidalar açıqlanıb
Bəzi qidalar sinir sisteminin normal fəaliyyətini dəstəkləyir, stressin idarə olunmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər. BAKU.WS xəbər verir...