Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb

Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb
Sosial 139

Dünyanın bütün iri şəhərlərində olduğu kimi, iqtisadi və demoqrafik artım fonunda Bakının nəqliyyat sistemi də bir sıra ciddi çağırışlarla üz-üzədir.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Nazir qeyd edib ki, bu çağırışlara cavab olaraq dünya şəhərləri "avtomobil mərkəzli şəhər" yanaşmasından "insan yönümlü" yanaşmaya keçid edir: "Bununla belə, bu keçid yalnız dövlət tənzimlənməsindən asılı deyil. Şəhər sakinlərinin nəqliyyat davranışlarının dəyişməsi də mühüm əhəmiyyət daşıyır. Uzun müddət müəyyən nəqliyyat növlərinə fokuslanmış vərdişlərin dəyişməsi zaman tələb edir. Lakin şəhərin nəqliyyat sisteminə olan tələb və təklifin proaktiv idarə edilməsi bu prosesi sürətləndirə bilər.

Bunun üçün bir neçə əsas addımın atılması vacibdir. Bir tərəfdən, nəqliyyat sistemində yetərli təklif təmin edilməlidir: küçə və yol infrastrukturu optimallaşdırılmalı, avtobusların sayı artırılmalı, dəmir yolu və metro xətləri genişləndirilməlidir. Digər tərəfdən, dövlət tənzimləməsi vasitəsilə parklanma tariflərinin tətbiqi, avtobus zolaqlarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və tələbin idarə edilməsinə yönələn digər tədbirlər yeni nəqliyyat vərdişlərinin formalaşmasına şərait yarada bilər".

R. Nəbiyev hesab edir ki, mikromobillik (skuterlər və velosipedlər) üçün uyğun infrastrukturun olmaması onların təhlükəli nəqliyyat vasitəsi kimi qavranılmasına və bu sahədə vərdişlərin yaranmamasına səbəb olur: "Halbuki aparılan tədqiqatlar göstərir ki, velosipedlə edilən hər 9 milyon səfərdən yalnız biri ölümlə nəticələnir. Bu isə mikromobillik üçün şərait yaradılmasının nəqliyyat sisteminin təhlükəsizlik və səmərəliliyini artıracağını bir daha təsdiqləyir".

Oxşar xəbərlər

Babək prospektində dağılan yol TƏHLÜKƏ YARATDI

Babək prospektində dağılan yol TƏHLÜKƏ YARATDI

Bakının Babək prospektində yolun vəziyyəti sürücüləri narahat edir. BAKU.WS ATV-yə istinadən məlumat verir ki, işlər yekunlaşdıqdan sonra yaranan çuxur günlərlə...

43 Sosial 08:56 30 yanvar 2025

Son xəbərlər