Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb
Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçici aktivliyi haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatla canlı yayımlanacaq.
Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.
Oxşar xəbərlər
Bu gün ictimai xadim Əli bəy Hüseynzadənin anadan olmasından 162 il ötür
Bu gün görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin anadan olmasından 162 il ötür. BAKU.WS xəbər verir ki, Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda...