Kabel xəttini oğurladılar, Bakı-Ağstafa qatarı gecikdi

Kabel xəttini oğurladılar, Bakı-Ağstafa qatarı gecikdi
Hadisə 131

Yanvarın 28-də dəmir yollarında oğurluq hadisəsi işarəvermə qurğularının işinin pozulması və Bakı-Ağstafa qatarının qrafikdən çıxması ilə nəticələnib.

BAKU.WS bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Belə ki, saat 19 radələrində Yevlax-Ləki və Ləki-Yevlax sahələrində keçid işıqforları qırmızı göstərib. Nasazlığın aradan qaldırılması üçün əraziyə baxış keçirilən zaman məlum olub ki, işıqforların daimi qadağanedici işarə göstərməsinə səbəb həmin işıqforları qidalandıran 10 metr kabel xəttinin kəsilərək oğurlanmasıdır.

Nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15 dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə ilə çatıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

Təhlükəli zona olan dəmir yollarına kənar müdaxilələr infrastruktura ciddi zərər vurur, qatarların qrafikdən çıxmasına səbəb olur və hərəkətin təhlükəsizliyinə təhdid törədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qaxda ağır qəza: Yaralılar var

Qaxda ağır qəza: Yaralılar var

Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qe...

37 Hadisə 09:35 19 sentyabr 2026

Son xəbərlər