Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Sabah Xəzər rayonunun bəzi ərazilərində qaz olmayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, eyni zamanda siyirtmənin quraşdırılması və Donuzkökəltmə sovxozu ərazisində torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə oktyabrın 18-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Binə qəsəbəsinin "Binə sovxozu" və Əli İsazadə küçəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər
Dönər nə vaxt zəhərlənmə yaradır? - Son günlərin əsas bəlasından QORUNMAĞIN YOLLARI
Son günlər dönərdən zəhərlənmə halları artıb. Hətta ard-arda baş verən kütləvi dönər zəhərlənmələri artıq ciddi narahatlıq yaratmağa başlayıb. Dönər niyə zəhərl...