TƏBİB: 35 min insan Təcili Tibbi Yardıma əsassız yerə zəng edib
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə cari ilin 9 ayı ərzində daxil olan çağırışların statistik göstəricilərinə nəzər salsaq, görərik ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 min 976 çağırış qeydə alınıb. Onlardan 62 min 598-i təxliyə olunub.".
BAKU.WS-in məlumatına görə, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov brifinqdə çıxışı zamanı bildirib.
V.Qurbanov əlavə edib ki, ötən müddət ərzində əsassız çağırışlar da az olmayıb:
"9 ay ərzində 39 min 548 əsassız çağırış qeydə alınıb. Bu rəqəmləri ötən ilin 9 ayı ilə müqayisə etsək, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi çağırış sayı 555 min 736 olaraq qeydə alınıb. Müxtəlif tibb müəssisələrinə təxliyə olunanların sayı 61 min 032 təşkil edib. Əsassız çağırışlar isə 34 min 968 olub".
Oxşar xəbərlər
Bu şəxslərə mənzil veriləcək
Astara və Sabirabad rayonunda əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək. BAKU.WS xəbər verir ki, bu barədə Sosial Xidmətlər...