Forbes dünyanın ən yüksək maaş alan futbolçusunu açıqladı
2024-cü ildə dünyanın ən yüksək maaş alan futbolçularının adları açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Forbes" jurnalı siyahı dərc edib.
Siyahıya Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldu başçılıq edir. 2024-cü ildə forvard ümumilikdə 285 milyon dollar qazanıb ki, bunun 220 milyonu maaş və bonuslar, 65 milyonu isə sponsor ödənişlərdir.
Onun ardınca "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi gəlir. Onun illik gəliri 135 milyon dollar qiymətləndirilir ki, bunun 60 milyonu meydandakı oyununa görədir. Üçüncü yerdə "Əl-Hilal"ın braziliyalı hücumçusu Neymar (110 milyon dollar) qərarlaşıb. Bununla belə, o, 2023-cü ilin oktyabr ayından etibarən matçlarda iştirak etməyib.
2023-cü illə müqayisədə liderlərin üçlüyü dəyişməyib. Lakin Ronaldu gəlirlərini artırıb, Messinin gəlirləri əvvəlki səviyyədə qalıb, Neymarda isə azalıb.
Oxşar xəbərlər
UFC çempionu İslam Maxaçev Las-Veqasda Moraleslə döyüşəcək
Rusiyalı yüngül çəki üzrə UFC çempionu İslam Maxaçev növbəti döyüşünü Maykl Moraleslə keçirəcək. BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı "El Comercio" y...