Saymon Stil: İqlim maliyyəsi məsələsi Bakıda keçiriləcək COP29-da həll oluna bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin noyabrında dünya ictimaiyyəti Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) toplaşacaq. Bu genişmiqyaslı forumun əsas vəzifəsi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməli olan yeni beynəlxalq iqlim maliyyəsi məqsədinin razılaşdırılması olacaq.
BAKU.WS report-a istinad xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Brukinq İnstitutunun Qlobal İqtisadiyyat və İnkişaf Proqramının onlayn tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, COP29 qlobal iqtisadiyyatın və milyardlarla insanın həyatının iqlim dəyişikliyinin fəlakətli təsirlərindən xilas edilməsində iqlim maliyyəsinin oynadığı aparıcı rolu qəbul edən tədbirlər konfransı olmalıdır.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...