Qurbanovların şad günündən FOTOLAR

Qurbanovların şad günündən FOTOLAR
Foto
Sosial 568

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Abbas Hüseynovun toyundan görüntülər yayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, A.Hüseynov məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanovun qızı ilə ailə həyatı qurub.

Toy Bakıdakı restoranların birində təşkil olunub.

Qurbanovların şad günündə ailənin yaxınları, idman ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Qonaqlar arasında Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev də olub.

Fotoları təqdim edirik:

***10.35

Futbol üzrə milli komandamızın Estoniya ilə son səfər oyununda kapitanı olmuş "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov bu gün ailə həyatı qurur.

Tanınmış futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovun qızı ilə izdivaca girir.

BAKU.WS Sports.az-a istinadən xəbər verir ki, toy mərasimi "Sapfir" Şadlıq Sarayında keçiriləcək.

Qeyd edək ki, "İnter"dəki çıxşları ilə tanınan Abbas Hüseynov Gəncədə doğulub.

Musa Qurbanov isə əslən Zaqatala rayonundandı və 1993/94 mövsümündə Azərbaycan çempionatının bombardiri kimi adını futbol tariximizə yazdırıb.

Musa və Qurban Qurbanov qardaşları 1-ci Liqada mübarizə aparan "Zaqatala" Futbol Klubunun qeyri-rəsmi sahibləri kimi tanınır.

Son xəbərlər