Xəzərin suyunun səviyyəsindəki azalmalar köç edən quşlara mənfi təsir göstərə bilər

Xəzərin suyunun səviyyəsindəki azalmalar köç edən quşlara mənfi təsir göstərə bilər
Sosial 15

Quşların digər bütün canlılar kimi üzləşdiyi təhdidlərdən biri də iqlim dəyişikliyidir. Əlbəttə, dəqiq nəticələrə gəlmək üçün uzunmüddətli müşahidələrə ehtiyac var.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ornitoloq, müstəqil araşdırmaçı Zülfü Fərəcli söyləyib.

Ötən əsrin 70-ci illərinə kimi qırmızıdöş qaz adlanan növün demək olar hamısının qışlamaq üçün ölkəmizə gəldiyini qeyd edən ornitoloq həmin dövrdən sonra onların köç rotasını dəyişərək Avropaya (Bolqarıstan-Rumıniya) getdiyini diqqətə çatdırıb.

"Bu dəyişikliyin müxtəlif səbəbləri olduğu düşünülür. Bunlardan biri sovet vaxtı irihəcmli pambıq əkinlərinə keçilməsi olub. Həmçinin iqlim dəyişikliyinin də burda rol oynaması istisna olunmur. Son zamanlarda Xəzərin suyunun səviyyəsindəki azalmalar da gələcəkdə quşlara, xüsusən sahil zolağı ilə köç edən növlərə mənfi təsir edə bilər", - deyə Z.Fərəcli bildirib.

Son xəbərlər