Bakıda baş verən torpaq sürüşməsi: Ərazidə hansı təhlükə gözlənilir?
Oktyabrın 16-da Bakının Xətai rayonu, Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi baş verib.
Sakinlərin sözlərinə görə, hündürlükdə çoxsaylı evlərin tikilməsi torpağın yüklənməsinə səbəb olub. Eyni zamanda, ərazidə su xətləri və kanalizasiya borusu riski daha da artırır.
"Torpaq kütləsinin, onun üzərində olan qayaların gələcəkdə sürüşmə nəticəsində gəlməsi binaya, buradan keçən insanların həyatına ciddi təhlükə saçır. Proses illərdir gedirdi. Aidiyyəti qurumlara müraciət etmişik. Onlar hadisənin təhlükəli olduğunu bildirsələr də, tədbir görülməyib", - deyə sakin bildirib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçmasının sürüşməyə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, ərazidə ciddi təhlükə yoxdur.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Əhaliyə ŞAD XƏBƏR - Pulsuz olacaq...
"Ambulator müalicə üçün dərmanlar icbari tibbi sığorta paketinə daxil ediləcək". Xezerxeber.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentli...