Bu gündən bu yollar bağlanır - Bəzi yerlərdə postlar qurulur
COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabr tarixlərində Bakının bir sıra küçə və prospektlərində məhdudiyyət tətbiq ediləcək.
BAKU.WS-in məlumatına əsasən, nəqliyyat vasitələri üçün məhdudiyyət tətbiq ediləcək küçə və prospektlər aşağıdakılardır:
- Hava Limanı şosesi
- Heydər Əliyev prospekti
- Neftçilər prospekti
- Yusif Səfərov küçəsi
- Niyazi küçəsi
- İstiqlaliyyət küçəsi
- Lermontov küçəsi
- Mikayıl Huseynov küçəsi
- Xəqani Rüstəmov küçəsi
- Teymur Elçin küçəsi
- Mehdi Hüseyn küçəsi.
Bu gündən Bakıya giriş hissələrdə müvəqqəti postlar da qurulacaq. Bunu Xəzər TV-yə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.
Onun sözlərinə görə, COP29 günlərində paytaxda bir sıra küçə və prospektlər üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.
Şəhərdə sıxlığın yaşanmaması üçün cənubdan da girişdə müvəqqəti postlar olacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.
Oxşar xəbərlər
Naxçıvanda bir sıra qeyri-yaşayış sahələri satışa çıxarılır - QİYMƏTLƏR
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs tərəfindən Naxçıvan Muxtar Respub...