Bakının mərkəzi küçələrinin birində hərəkətin təşkilində dəyişiklik edildi
Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağının saat 07:00-22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, sözügedən küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir:
"Zolaqlar ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradır. Mərhələli şəkildə digər küçə və prospektlərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq".
Oxşar xəbərlər
AZAL təyyarəsində olan yaralıların xəstəxanadan GÖRÜNTÜLƏRİ
AZAL təyyarəsində olan yaralıların xəstəxanadan görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə kadrları Xəzər TV paylaşıb. Xatırladaq ki, bu gün Aktau ş...