AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ qalanlar var - RƏSMİ

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ qalanlar var - RƏSMİ
Video
Hadisə 5104

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

***11:29

Bakı-Qroznı J2-8243 nömrəli reysini həyata keçirən Azerbaijan Airlines aviaşirkətinin Embraer 190 təyyarəsi Aktau şəhərindən 3 km məsafədə məcburi eniş edib.

BAKU.WS Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda 10-a yaxın sərnişinin sağ qaldığı qeyd olunub.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Oxşar xəbərlər

Azərbaycanlı aktyor qəzaya düşdü

Azərbaycanlı aktyor qəzaya düşdü

Aktyor Ruslan Sabirli Qazaxıstanda qəzaya düşüb. BAKU.WS xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib. "Qazaxıstanda gecə maşın sürmək təhlükəlidir. Qa...

315 Hadisə 19:52 30 noyabr 2025

Son xəbərlər