Bakıda bu ərazidə beşmərtəbəli bina sökülür - Yeni mənzillər veriləcək
Bakı şəhərində beşmərtəbəli bina sökülür.
Bu barədə sakinlər BAKU.WS-ə müraciət ediblər. Müraciət əsasında söküntü gedən Fətəli xan Xoyski 130 ünvanında Bakı Elektrik Maşınqayırma Zavodunun yataqxanasının yerləşdiyi əraziyə yollandıq.
BAKU.WS-in çəkiliş qrupu əraziyə çatanda söküntü işləri davam edirdi. Bildirildi ki, yataqxananın bir hissəsində əvvəllər məcburi köçkünlər məşkunlaşmışdı.
Bina kəskin qəzalı vəziyyətdə olduğu üçün onları qaçqınların məskunlaşdığı şəhərciyə köçürüblər. Hazırda binadakı evlərin sahibləri ilə razılaşdırılıb. Mülkiyyət sənədi olan şəxslər kirayə mənzillərə köçürülüb.
Qeyd edək ki, binanın yerində yeni və müasir çoxmərtəbəli bina tikiləcək. Həmin binada köhnə binanın sakinlərinə yeni mənzillər veriləcək.
BAKU.WS sökülən binanın görüntülərini təqdim edir:
Ziya SƏCCAD
Qalereya
Oxşar xəbərlər
Bakıda mənzil qiymətləri nə qədər artıb?
Ötən ay Bakıda mənzil bazarında da qiymət artımları davam edib. BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi məlumat y...