Bakıda təhlükə mənbəyi olan bağça

Bakının Sabunçu rayonunda yerləşən 86 saylı bağça qəzalı vəziyyətdədir və uşaqların həyatı üçün təhlükəlidir.
Bu barədə bağçadakı uşaqların valideynləri BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.
Qeyd edilib ki, bağçanın tualeti bərbad vəziyyətdədir. Həmçinin yataq otağı təmirsizdir. İstilik sistemi işləmir. Həmçinin bildirilib ki, bağça qəzalı vəziyyətdə olduğu üçün uşaqların həyatı üçün təhlükəlidir.
Məsələyə münasibət öyrənmək üçün bağçanın rəhbərliyində çalışan Sənubər Hüseynova ilə əlaqə saxladıq. Sənubər xanım BAKU.WS-ə bildirdi ki, həqiqətən də bağça binasının təmirə ehtiyacı var.
"Təhsil nazirliyindən gəlib baxıblar və qeydə alıblar. Bizim bağçanın bir hissəsində məcburi köçkünlər yerləşir. 11 ailədir, 78 nəfər qaçqın yaşayır. Bir hissədə isə uşaqlara təlim keçilir", - deyə Sənubər Hüseynova bildirib.
Bağçadan çəkilən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda tozlu hava - Təhlükə haradan gəlir?
Avqustun son günlərindən etibarən, Bakıda və Abşeron yarımadasında yenidən tozlu hava şəraiti müşahidə olunub. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun...
