Sərnişinlərlə kobud danışan BakuBus-ın sürücüsü barəsində TƏDBİR GÖRÜLDÜ

Sərnişinlərlə kobud danışan BakuBus-ın sürücüsü barəsində TƏDBİR GÖRÜLDÜ
Video
Hadisə 10282

"BakuBus" MMC-nin istismarında olan 125 nömrəli marşrut xətti üzrə hərəkət edən 99JU719 dövlət qeydiyyat nömrəli avtobusda yaranan texniki nasazlıq nəticəsində xoşagəlməz hadisə baş verib.

Bu barədə BAKU.WS-ə "BakuBus" MMC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtobusun sürətlər qutusunda nasazlıq baş verdiyindən sürücü avtobusu dayandırmaq məcburiyyətində qalıb və dərhal Monitorinq Mərkəzinə məlumat verib:

"Lakin bu anda bəzi sərnişinlər avtobusun yoluna davam etməsini tələb edib, nəticədə sürücü ilə sərnişinlər arasında anlaşılmazlıq və konfilikt yaranıb. Videomüşahidələrdən məlum olub ki, sürücü sərnişinlərə qarşı kobud davranış nümayiş etdirib. Avtobusu idarə edən sürücü- Əliağayev Məmmədağa Balaağa oğluna nizam-intizam qaydalarına uyğun olaraq, inzibati tənbeh verilib.

Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına əmin etmək istəririk. Sərnişin məmnunluğunun fəaliyyətimizin başlıca prioriteti olduğunu bir daha bəyan edir və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə sərnişinləri bundan sonra da sıx əməkdaşlığa dəvət edirik".

***05.11.2024, 14:40

Paytaxtda "BakuBus" MMC-yə məxsus 125 nömrəli avtobusun sürücüsü ilə sərnişinlər arasında narazılıq yaranıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Belə ki, sənişinlə sürücü arasında mübahisə düşdükdən sonra sürücü avtobusu kənara çəkib. O, sərnişinlərə avtobusu tərk etməli olduqlarını bildirib və nəqliyyat vasitəsinin nasaz olduğunu deyib.

Sənişinlər sürücünün bu addımını birmənalı qarşılamayıb.

Görüntüləri olduğu kimi təqdim edirik:

Oxşar xəbərlər

Son xəbərlər